BERLİN -- Almaniya nın Münhen şəhərinin qərbində şosedən çıxaraq aşan, Filippin dən olan turistləri daşıyan avtobusda ən azı iki nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb. Bu barədə bazar günü Almaniya nın dpa xəbər agentliyi məlumat yayıb. dpa-nın Almaniya rəsmilərinə istinadən verdiyi məlumata görə, avtobus yerli vaxtla səhər saat 6 radələrində Ostallgäu bölgəsindəki Buchloe yaxınlığında şosedən çıxıb.