Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, onun qüvvələri gecə ərzində Ukrayna hərbçiləri ilə əlaqəli logistika mərkəzlərinə, liman və nəqliyyat infrastrukturuna, eləcə də rabitə mərkəzlərinə və gəmilərə pilotsuz təyyarə zərbələri endirib. Nazirlik bildirib ki, zərbələr Kiyevdə bir məlumat mərkəzinə, Kiyev və Odesa regionlarında logistika mərkəzlərinə, Mikolayevdə iki pilotsuz təyyarə anbarına, hərbi dəniz bazasının, eləcə də Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin qərargahına və Kiliya limanındakı hərbi anbarlara dəyib. Həmçinin Odesa limanına hərbi və ikili təyinatlı mallar daşıyan yük gəmisi də vurulub. Nazirlik bazar günü günün ikinci yarısında bildirib ki, gündüz ərzində Kiyevdə iki məlumat mərkəzinə, Odessa da logistika mərkəzinə, eləcə də Odesa ya gedən başqa bir yük gəmisinə daha bir sıra zərbələr endirib. Reuters bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilməyib. Ukraynanın ən böyük mobil xidmət təminatçısı olan Kyivstar bazar günü yerli mediaya bildirib ki, onun baş ofisi vurulub, lakin xəsarət alan olmayıb.