ABŞ prezidenti Donald Tramp Axios-a verdiyi müsahibədə bildirib ki, Birləşmiş Ştatlar gələn həftə İranla danışıqların növbəti raundunu keçirəcək. Tramp qeyd edib ki, onlar razılaşma əldə etmək istəyirlər, lakin bu, onun istədiyi razılaşma deyil. Bu, bəlkə də bir il əvvəl razılaşacağımız bir şey idi. "Mən İranla daha çox danışıqlar gözləyirəm. Onlar razılaşma əldə etmək istəyirlər, lakin bu, mənim istədiyim razılaşma deyil. Bu, bəlkə də bir il əvvəl razılaşacağımız bir şey idi. Onlar əllərindəki kartları yanlış oynadılar", – deyə ABŞ prezidenti bildirib.