Latviyanın təcrübəsi Azərbaycanda meşə sahələrinin genişləndirilməsi üçün yeni imkanlar yaradır. "Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında bildirib. Onun sözlərinə görə, Latviyada son 100 ildə meşə örtüyü 26 %-dən 53 %-ə yüksəlib və bu təcrübə Azərbaycanda da tətbiq oluna bilər: "Azərbaycanda meşə örtüyü hazırda təxminən 12 % səviyyəsindədir. Müvafiq yanaşmalar tətbiq olunarsa, bu göstəricini əhəmiyyətli dərəcədə artırmaq, məsələn, 23 %-ə çatdırmaq mümkündür. Skandinaviya yanaşmasına əsaslanan meşələrin bərpası metodları daha ucuz, effektiv və sürətli nəticələr verir və bu sahədə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur".