BP “Babək” layihəsinə maraq göstərir Energetika 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə BP şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində neft-qaz və bərpa olunan enerji sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasilatın sabit saxlanılması, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni zamanda, “Şahdəniz” yatağında aparılan fəaliyyətlər, “Şahdəniz Kompressiya” layihəsinin inkişafı və AÇG-dən sərbəst təbii qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın əldə olunması ilə bağlı yeniliklər diqqətə çatdırılıb. “Şəfəq-Asiman”, “Qarabağ” və “Babək” yataqlarının işlənməsi ilə bağlı məsələlər də müzakirə edilərək perspektiv imkanlar dəyərləndirilib. Qeyd olunub ki, bu layihələr ölkənin qaz ixrac potensialının artırılmasına mühüm töhfə verəcək. Görüşdə, həmçinin neft-qaz platformalarının və “Səngəçal” terminalının elektrikləşdirilməsi, eləcə də “Şəfəq” Günəş Elektrik Stansiyasının 2027-ci ildə istismara verilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Söhbət zamanı enerji bazarlarında mövcud vəziyyət fonunda enerji təhlükəsizliyinin prioritetliyi, enerji mənbələrinin, marşrutlarının və təchizatın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Bərpa olunan enerji sahəsində sürətli inkişafla yanaşı, karbohidrogenlərin hələ də qlobal enerji istehlakında əsas paya malik olduğu və gələcəkdə də mühüm rol oynamaqda davam edəcəyi bildirilib. Azərbaycanın neft, qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrində diversifikasiya siyasətini ardıcıl şəkildə davam etdirdiyi qeyd olunub. Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, regional enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq enerji mərkəzi kimi rolunun daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi ifadə olunub. MənbəAPA TaglarbabəkBPEnergetika Nazirliyi Son xəbərlər Dövlət büdcəsi 2030-cu ildə dövlət büdcəsinin gəlirləri 41 mlrd. manata çatacaq 15/04/2026 Vergi xəbərləri Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq 15/04/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15/04/2026 Neft və Qaz Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib 15/04/2026 Digər xəbərlər Dövlət büdcəsi 2030-cu ildə dövlət büdcəsinin gəlirləri 41 mlrd. manata çatacaq 15/04/2026 Vergi xəbərləri Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq 15/04/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15/04/2026 Neft və Qaz Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib 15/04/2026