2030-cu ildə dövlət büdcəsinin gəlirləri 41 mlrd. manata çatacaq Dövlət büdcəsi 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 39 milyard 136 milyon manat, 2028-ci il üzrə 39 milyard 664 milyon manat, 2029-cu il üzrə 40 milyard 352.9 milyon manat və 2030-cu il üzrə 41 milyard 42 milyon manat proqnozlaşdırılıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2027-ci il üzrə dövlət büdcəsinin xərcləri 42 milyard 200 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 496,4 milyon manat və ya 1,2 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2 milyard 746,4 milyon manat və yaxud 6,6 faiz çox olmaqla 44 milyard 450 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 faiz təşkil edəcəyi, 2030-cu ildə isə 2,0 faizə enəcəyi proqnozlaşdırılır. 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 64 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 161 milyon manat, 3 milyard 210,3 milyon manat və 3 milyard 408 milyon manat məbləğində proqnozlaşdırılır. MənbəAPA TaglarAzərbaycan Maliyyə Nazirliyibüdcə gəlirləri Son xəbərlər Energetika BP “Babək” layihəsinə maraq göstərir 15/04/2026 Vergi xəbərləri Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq 15/04/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15/04/2026 Neft və Qaz Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib 15/04/2026 Digər xəbərlər Energetika BP “Babək” layihəsinə maraq göstərir 15/04/2026 Vergi xəbərləri Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq 15/04/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15/04/2026 Neft və Qaz Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib 15/04/2026