Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq Vergi xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd olunub ki, vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsidir. Bu çərçivədə onların tətbiqinin məqsədəuyğunluğu müəyyənləşdirilir. Effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, prioritet sahələr üzrə zəruri hesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü şəkildə tətbiqinin davam etdirilməsi planlaşdırılır. MənbəAPA TaglarAzərbaycan Maliyyə Nazirliyivergi güzəştləri Son xəbərlər Energetika BP “Babək” layihəsinə maraq göstərir 15/04/2026 Dövlət büdcəsi 2030-cu ildə dövlət büdcəsinin gəlirləri 41 mlrd. manata çatacaq 15/04/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15/04/2026 Neft və Qaz Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib 15/04/2026 Digər xəbərlər Energetika BP “Babək” layihəsinə maraq göstərir 15/04/2026 Dövlət büdcəsi 2030-cu ildə dövlət büdcəsinin gəlirləri 41 mlrd. manata çatacaq 15/04/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15/04/2026 Neft və Qaz Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib 15/04/2026