Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. "Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib. Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə Turan Bayramov – Nikolas Kuntse (Almaniya) Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan) Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə Murad Fətiyev – Aleks Çeret (Rumıniya) Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya) Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə Könül Əliyeva – Amber Gersyes (Niderland) Şəfəq Həmidova – Erza Muminoviç (Kosova) Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya) Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq) Südabə Ağayeva – Maya Goşen (İsrail) Madina Kaisinova – Elis Startseva (Rusiya) Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək. Aprelin 16–19-da keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.