Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq. "Report" xəbər verir ki, bu barədə qərar Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qəbul olunub. 50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan 130-a yaxın nümayəndənin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul olunub. Bundan başqa konfrans iştirakçıları Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərar qəbul edib.