Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin "X" hesabında məlumat yayılıb. "25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır", - məlumatda bildirilib. Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə!Səyyar Konsulluq XidmətiKöln şəhəri, 25-26 aprel 2026-cı il25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır. pic.twitter.com/0XgtbEibkC