Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq. Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib. Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək. Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.