Yusif Abdullayev: “Azərbaycan şirkətlərinin Latviyaya çıxışı üçün hazırlıqlara başlanılıb” Yerli biznes xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan şirkətlərinin əvvəlcə Latviyaya çıxışı, daha sonra isə Baltik və Skandinaviya ölkələri ilə regional əməkdaşlığın genişləndirilməsi üçün zəruri infrastrukturun hazırlanmasına başlanılıb. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Y. Abdullayev qeyd edib ki, yaxın günlərdə Azərbaycan-Latviya Biznes Forumunun keçirilməsi planlaşdırılır. Biznes forum Azərbaycanda təşkil olunacaq. “Tədbirdə Latviyadan 20-yə yaxın şirkətin, Azərbaycandan isə 50-dən çox dövlət və özəl qurumun iştirakı gözlənilir. Tərəflər biznes əməkdaşlığının yeni istiqamətləri kimi süni intellekt, müdafiə sənayesi və hava yük daşımaları sahələrini də nəzərdən keçirir. Latviya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası işlərində iştirakı üçün təqdimatların keçirilməsini planlaşdırırıq”, – deyə o vurğulayıb. MənbəREPORT TaglarAzərbaycan-LatviyaAZPROMOYusif Abdullayev Son xəbərlər Ölkə daxili Baş nazir bu şəxslərin maaşlarının artırılması ilə bağlı qərar imzaladı 15/04/2026 Neft və Qaz “Azeri Light” markalı neftin orta ixrac qiyməti üzrə göstəricilər açıqlanıb 15/04/2026 Dövlət büdcəsi ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək 15/04/2026 Vergi xəbərləri Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir 15/04/2026 Digər xəbərlər Ölkə daxili Baş nazir bu şəxslərin maaşlarının artırılması ilə bağlı qərar imzaladı 15/04/2026 Neft və Qaz “Azeri Light” markalı neftin orta ixrac qiyməti üzrə göstəricilər açıqlanıb 15/04/2026 Dövlət büdcəsi ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək 15/04/2026 Vergi xəbərləri Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir 15/04/2026