ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək Dövlət büdcəsi 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlət Neft Fondundan büdcəyə illik transfertlərin mərhələli şəkildə azaldılması planlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, 2025-ci il ərzində aktivlərin ümumi həcmi ilin əvvəlinə nəzərən 22,5 faiz artaraq 73,5 milyard ABŞ dollarına çatıb, aktivlər üzrə gəlirlilik 6,2 faiz təşkil edib. Aktivlərin ÜDM və borc göstəricilərinə nisbətinin əlverişli səviyyələrdə olmasına baxmayaraq, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi (2026-cı ildə 33,2%) Fondun transferti hesabına formalaşır. Bençmark təhlilinə əsasən neftlə zəngin olan və suveren fondlardan büdcəyə davamlı transfert yönəldilən ölkələrdə (məsələn Qazaxıstan 15%, Norveç 25%) eyni göstərici daha aşağı nisbətdədir. Bu baxımdan, növbəti illərdə transfertin mərhələli şəkildə azaldılması və illik transfertlərin həcmlərinin ən qabaqcıl təcrübə kimi DNF-nin aktivlərinin idarəetmə gəlirləri səviyyəsinə çatdırılması nəzərdə tutulur. MənbəAPA Taglarbüdcə transfertləriDövlət Neft Fondu (ARDNF) Son xəbərlər Neft və Qaz Tramp: İranla müharibə bitən kimi neft qiymətləri çox aşağı düşəcək 15/04/2026 Ölkə xarici ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar 15/04/2026 Ölkə xarici Moldova MDB-ni rəsmən tərk edir 15/04/2026 Ölkə daxili Sudan istifadəyə görə yeni ödənişlər müəyyən edildi 15/04/2026 Digər xəbərlər Neft və Qaz Tramp: İranla müharibə bitən kimi neft qiymətləri çox aşağı düşəcək 15/04/2026 Ölkə xarici ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar 15/04/2026 Ölkə xarici Moldova MDB-ni rəsmən tərk edir 15/04/2026 Ölkə daxili Sudan istifadəyə görə yeni ödənişlər müəyyən edildi 15/04/2026