Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib. "Report" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ikinci dəfə Qazaxıstan millisi ilə üz-üzə gəlib. Aktaudakı "BS Arena"da baş tutan görüş Qazaxıstan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanmışdı.