İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığı aparıb. "Report" xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. "Telefon danışığında son regional və beynəlxalq hadisələr müzakirə olunub", - Əraqçi qeyd edib. O bildirib ki, söhbət zamanı ABŞ ilə İran arasında İslamabadda baş tutan danışıqlara da toxunulub.