ABŞ Maliyyə Nazirliyi çərşənbə günü İranın neft nəqli infrastrukturunu hədəf alaraq, iyirmidən çox fiziki şəxsə, şirkətə və gəmiyə sanksiya tətbiq etdiyini açıqlayıb. Maliyyə Nazirliyi verdiyi bəyanatda sanksiyaların İranın neft daşımaları maqnatı Məhəmməd Hüseyn Şamxani şəbəkəsini hədəf aldığını bildirib. Hüseyn Şamxani , İranın təhlükəsizlik və nüvə siyasətinin əsas fiqurlarından biri olan və fevralın 28-də Tehrana edilən ABŞ-İsrail zərbələri nəticəsində həlak olan Əli Şamxaninin oğludur. Maliyyə naziri Skott Bessent bəyanatda deyib: “Maliyyə Nazirliyi İran xalqının hesabına qazanc əldə etməyə çalışan Şamxani ailəsi kimi rejim elitalarını hədəf alaraq, İqtisadi Qəzəblə aqressiv şəkildə hərəkət edir”. Maliyyə Nazirliyi həmçinin Hizbullaha maliyyəçi olduğu iddia edilən İran vətəndaşı Seyed Naiemaei Badroddin Moosavi və İran neftinin Venesuela qızılı müqabilində satışı ilə bağlı çirkli pulların yuyulması sxemində iştirak edən üç şirkətə də sanksiya tətbiq edir.