MOSKVA, 28 sentyabr. /TASS/. Rusiya Prezidenti Vladimir Putin Vyaçeslav Volodinin doqquzuncu çağırış Dövlət Dumasının , yəni parlamentin aşağı palatasının spikeri vəzifəsinə namizədliyini dəstəkləyib. "Mən öz tərəfimdən Vyaçeslav Volodinin növbəti çağırış Dövlət Dumasının spikeri vəzifəsinə namizədliyini tamamilə dəstəkləyirəm", – deyə o, bu yaxınlarda keçirilən seçkilərdə parlamentdə yer qazanan partiyaların liderləri ilə görüşdə bildirib. O qeyd edib ki, Volodin səkkizinci Dövlət Dumasının spikeri kimi fəaliyyəti dövründə palatanın işini səmərəli təşkil edib, bunun sayəsində orada prinsipial və işgüzar atmosfer hökm sürüb.