Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib. "Report"un məlumatına görə, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib. "Arsenal" İngiltərədə "Sportinq" komandası ilə qarşılaşıb və oyunda heç bir qol vurulmayıb. Birinci görüşdə vurduğu 1 qol hesabına "Arsenal" yarımfinala adlayıb. "Real" isə Almaniyada "Bavariya"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:4 1/4 final mərhələsi, cavab oyunları "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) – 0:0 "Bavariya" (Almaniya) - "Real" (İspaniya) – 4:3 Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.