Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayırlar. "Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, ilk yarış günündə milli komandanın 7 üzvü tatamiyə çıxacaq. Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar. Balabəy Ağayev – Qal Blajiç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə Turan Bayramov – Nikolas Kuntse (Almaniya) Könül Əliyeva – Amber Qersyes (Niderland) Şəfəq Həmidova – Erza Muminoviç (Kosova) Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya) Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq) Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.