Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Dəllək kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu yolu keçən zaman avtomobil vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.