Çinin ÜDM-i 2026-cı ilin birinci rübündə 5% artıb Ölkə xarici 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Çin hakimiyyəti açıqlayıb ki, ölkə iqtisadiyyatı yanvar–mart aylarında sürətlənərək ötən ilin eyni dövrü ilə müqayisədə 5% artıb. Beləliklə, “Associated Press” yazır ki, Çin iqtisadiyyatı İran müharibəsinin təsirlərinə böyük ölçüdə reaksiya verməyib. Agentlik qeyd edir ki, 2024-cü ilin oktyabr–dekabr aylarında artım 4,5%-i keçmirdi. Çində vəziyyət iqtisadçıların gözləntilərindən daha yaxşıdır və onlar indi ölkənin Yaxın Şərq münaqişəsinin qısamüddətli təsirlərini dəf edəcəyini proqnozlaşdırırlar. Bununla belə, onların qiymətləndirmələrinə görə, uzunmüddətli perspektivdə Çin ixracına qlobal tələbat azala bilər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Beynəlxalq Valyuta Fondu bu həftə Çinin 2026-cı il üzrə iqtisadi artım proqnozunu 4,4%-ə qədər azaldıb. Martın əvvəlində Çin hakimiyyəti 2026-cı il üçün artım hədəfini 4,5–5% səviyyəsində müəyyən edib ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir. 2026-cı il üçün dövlət büdcəsi kəsirinin ÜDM-in 4%-i səviyyəsində — 5,89 trilyon yuan (825,45 milyard dollar) olacağı qiymətləndirilir. Bu, ötən illə müqayisədə 17,3% azdır. Dəstək məqsədilə Çin 1,3 trilyon yuan həcmində ultra-uzunmüddətli istiqrazlar buraxmağı planlaşdırır. TaglarÇinÜDM Son xəbərlər Ölkə xarici ABŞ İrana qarşı sanksiyaları genişləndirib 16/04/2026 Yerli biznes xəbərləri “Şərq-Qərb” ASC dividend bölüşdürəcək 16/04/2026 Ölkə xarici BVF ABŞ-nin dövlət borcunun 5 il ərzində ÜDM-in 142%-nə çatacağını proqnozlaşdırıb 16/04/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 16.04.2026 16/04/2026 Digər xəbərlər Ölkə xarici ABŞ İrana qarşı sanksiyaları genişləndirib 16/04/2026 Yerli biznes xəbərləri “Şərq-Qərb” ASC dividend bölüşdürəcək 16/04/2026 Ölkə xarici BVF ABŞ-nin dövlət borcunun 5 il ərzində ÜDM-in 142%-nə çatacağını proqnozlaşdırıb 16/04/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 16.04.2026 16/04/2026