Rusiya Federasiyasında 2026-cı ilin birinci yarısında təxminən 37 000 yeni İT şirkəti fəaliyyətə başlayıb. Bu, ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına yönəlmiş genişmiqyaslı dövlət dəstəyi proqramlarının nəticəsi kimi qiymətləndirilir. Yeni şirkətlərin yaranması İT sektorunda rəqabəti artırır və innovativ həllərin tətbiqinə təkan verir. Bu inkişafın əsas hərəkətverici qüvvələrindən biri də Rusiyada yaradılan texnoparklar və klasterlərdir . Hazırda ölkə ərazisində 200-dən çox belə mərkəz fəaliyyət göstərir ki, bu da İT mütəxəssisləri üçün əlverişli iş şəraiti və startaplar üçün inkişaf imkanları yaradır. Bu mərkəzlər İT infrastrukturunun gücləndirilməsində və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsində mühüm rol oynayır. Hökumət bu sahədəki fəaliyyətini davam etdirməyi planlaşdırır. Növbəti dörd il ərzində daha 100 yeni texnopark və klasterin açılması nəzərdə tutulur. Bu təşəbbüs İT sənayesinin daha da genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və Rusiyanın qlobal İT bazarında mövqeyinin güclənməsinə xidmət edəcəkdir. Bu cür investisiyalar ölkənin texnoloji müstəqilliyini təmin etmək məqsədi daşıyır.