Bloomberg: İran gəmiləri Hörmüz boğazında ABŞ blokadasını aşmaq üçün yeni marşrutdan istifadə edir Ölkə xarici 16/04/2026 Neft tankeri Paylaş FacebookXWhatsAppTelegram Bloomberg yazır ki, ABŞ-nin sanksiya siyahısında olan və ehtimal ki, İranla əlaqəli iki gəmi dünən Amerika blokadasını aşmaq üçün qeyri-adi marşrutdan istifadə edib. Əvvəlcə onlar Fuceyra (BƏƏ) sahillərinə yaxınlaşıb, sonra şimal-şərq istiqamətində İran sahillərinə doğru hərəkət edib və yalnız bundan sonra şimala — Hörmüz istiqamətinə dönüblər. Orada isə İranın Larak və Keşm adaları arasında keçərək Fars körfəzinə daxil olublar. Bir neçə saat sonra oxşar marşrutla, lakin əks istiqamətdə, Nobler adlı məhsuldaşıyan gəmi də hərəkət edib. O, hələ fevralın əvvəlində Fars körfəzinə daxil olmuş və ABŞ ilə İsrailin İrana qarşı yeddi həftəlik hərbi əməliyyatları boyunca orada qalmışdı. Digər gəmilərdən fərqli olaraq, o, adalar arasından deyil, Larakın bir qədər cənubundan keçib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan əlavə, İranın Fars agentliyinin məlumatına görə, dünən də bir supertanker blokadanı keçə bilib. Ehtimal olunur ki, söhbət Alicia adlı tankerdən gedir. Bloomberg qeyd edir ki, bu gəmi Hong Lu-dan bir neçə saat əvvəl, çərşənbə günü körfəzə daxil olub. ABŞ-nin Mərkəzi Komandanlığı isə iddia edir ki, blokadanın ilk 48 saatı ərzində heç bir gəmi İran limanlarına daxil olmayıb və oradan çıxmayıb. Son xəbərlər Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən daha çox buğda alıb 16/04/2026 Bank xəbərləri PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib 16/04/2026 Bank xəbərləri Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi 16/04/2026 Digər xəbərlər Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən daha çox buğda alıb 16/04/2026 Bank xəbərləri PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib 16/04/2026 Bank xəbərləri Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi 16/04/2026