PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib Bank xəbərləri 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®PAŞA Bank və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qarşılıqlı əməkdaşlıq çərçivəsində sahibkarlar üçün yeni rəqəmsal həll təqdim ediblər. Artıq sahibkarlar PAŞA Bank Biznes mobil tətbiqinə və veb platformasına banka daxil olmaqla malların adını, sayını, qiymətini və məcburi nişanlama kodlarını görürlər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu yeniliklə onlar “Təqib və İzləmə Sistemi”ndə (TİS) bütün əməliyyatları bir məkanda idarə edir, qeydiyyatı birbaşa aparır və ödənişi bir toxunuşla həyata keçirirlər. Yeni həll sayəsində proseslər optimallaşır və sahibkarların gündəlik fəaliyyəti sadələşir. PAŞA Bank rəqəmsal həllərini davamlı olaraq genişləndirir və biznes müştərilərinə daha çevik və səmərəli xidmətlər təqdim edir. Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması sahələrində geniş xidmət portfeli ilə fəaliyyət göstərir. Qeyd edək ki, beynəlxalq reytinq agentliyi Standard & Poor’s 2026-cı ildə PAŞA Bank-ın kredit reytinqini “BB-/B” səviyyəsində “Pozitiv” proqnoz ilə təsdiqləyib. Bank həmçinin International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib. 2024–2025-ci illərdə isə Euromoney, Global Finance və Stevie Awards tərəfindən bir sıra beynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub. TaglarPAŞA Bank Son xəbərlər Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Ölkə xarici Bloomberg: İran gəmiləri Hörmüz boğazında ABŞ blokadasını aşmaq üçün yeni marşrutdan istifadə edir 16/04/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən daha çox buğda alıb 16/04/2026 Bank xəbərləri Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi 16/04/2026 Digər xəbərlər Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Ölkə xarici Bloomberg: İran gəmiləri Hörmüz boğazında ABŞ blokadasını aşmaq üçün yeni marşrutdan istifadə edir 16/04/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən daha çox buğda alıb 16/04/2026 Bank xəbərləri Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi 16/04/2026