“Mol Bulak”ın xalis mənfəəti azalıb Qeyri-bank kredit təşkilatları 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Mol Bulak” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC və ya “M Bulak” 2025-ci il üzrə xalis mənfəəti 3 milyon 416 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 39.8% azalıb. Halbuki, 2024-cü ildə bu göstərici 5 milyon 671 min manat təşkil edib. Banker.az xəbər verir ki, ötən il ərzində “M Bulak” ın ümumi gəlirləri 16 milyon 710 min manat səviyyəsində qeydə alınıb. Təşkilatın hesabat dövründəki ümumi xərcləri isə 12 milyon 319 min manat təşkil edib. Bu xərclərin əsas hissəsini əmək haqqı və inzibati xərclər formalaşdırıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Təşkilatın aktivlərinin həcmində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, cəmi aktivlər 68% artaraq 58 milyon 661 min manata çatıb. Bu artım fonunda müştərilərə verilmiş kreditlər, yəni kredit portfeli 62.4% artaraq 54 milyon 684 min manata yüksəlib. “Mol Bulak” BOKT-un öhdəlikləri hesabat ilində kəskin artaraq 26 milyon 133 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 350.6% çoxdur. Təşkilatın cəmi kapitalı isə illik müqayisədə 11.7% artaraq 32 milyon 528 min manata bərabər olub. BOKT-nin kapital balansında 22.1 milyon manat bğlüşdürlməmiş mənfəəti var. Xatırladaq ki, BOKT 2011-ci ildə Qırğız kapitallı Gascoyne Investment Limited tərəfindən alınmışdı. 2020-ci ildən isə səhmdarlar belədir: Tolbaev Babyrzhan – 4.07% Kokarev Alexey – 95.93% TaglarM Bulak BOKT MMC Son xəbərlər Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Ölkə xarici Bloomberg: İran gəmiləri Hörmüz boğazında ABŞ blokadasını aşmaq üçün yeni marşrutdan istifadə edir 16/04/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən daha çox buğda alıb 16/04/2026 Bank xəbərləri PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib 16/04/2026 Digər xəbərlər Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Ölkə xarici Bloomberg: İran gəmiləri Hörmüz boğazında ABŞ blokadasını aşmaq üçün yeni marşrutdan istifadə edir 16/04/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən daha çox buğda alıb 16/04/2026 Bank xəbərləri PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib 16/04/2026