“PAŞA Kapital İnvestisiya Şirkəti” keçən ili 2.5 mln. manat üzərində xalis mənfəət əldə edib Kapital bazarı 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2025-ci ili 2 milyon 541.8 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən illə müqayisədə 12.9% artım deməkdir. Halbuki, 2024-cü ildə bu göstərici 2 milyon 251 min manat təşkil edib. Banker.az xəbər verir ki, investisiya şirkətinin ümumi gəlirləri 2025-ci ildə 9 milyon 608.7 min manat təşkil edib və illik müqayisədə 16% artıb. Eyni dövrdə ümumi xərclər 7 milyon 667.7 min manat təşkil edib (illə müqayisədə 7% azalıb). Halbuki, 2024-cü ildə ümumi xərclər 8 milyon 281.7 min manat səviyyəsində olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2025-ci ildə şirkətin ümumi aktivləri 64 milyon 782.2 min manat təşkil edib və illik müqayisədə 1% artıb. 2024-cü ildə aktivlərin həcmi 64 milyon 73.6 min manat olub. Aktivlərin strukturunda pul vəsaitləri və ekvivalentləri 38 milyon 382.2 min manatadək artıb (2024: 25 milyon 562 min manat), investisiya qiymətli kağızları isə 16 milyon 355.2 min manata düşüb (2024: 34 milyon 288.7 min manat). Əks repo əməliyyatları isə 2 milyon 572.6 min manat təşkil edib və sabit dinamikada qalıb. Şirkətin öhdəlikləri 2025-ci ildə 46 milyon 117.7 min manat təşkil edib və illik müqayisədə 3% azalıb, 2024-cü ildə isə 47 milyon 558.1 min manat olub. Cəmi kapital isə 18 milyon 664.5 min manat təşkil edib və 13% artıb. Bölüşdürülməmiş mənfəət 17 milyon 979.2 min manatadək yüksəlib. TaglarPAŞA Kapital İnvestisiya Şirkəti Son xəbərlər Yerli biznes xəbərləri “G Capital” MMC-nin nizamnamə kapitalı 14.4 milyon manat azaldılıb 16/04/2026 Xarici biznes xəbərləri TotalEnergies İran müharibəsi fonunda mənfəətin artacağını proqnozlaşdırır 16/04/2026 Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Ölkə xarici Bloomberg: İran gəmiləri Hörmüz boğazında ABŞ blokadasını aşmaq üçün yeni marşrutdan istifadə edir 16/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “G Capital” MMC-nin nizamnamə kapitalı 14.4 milyon manat azaldılıb 16/04/2026 Xarici biznes xəbərləri TotalEnergies İran müharibəsi fonunda mənfəətin artacağını proqnozlaşdırır 16/04/2026 Analitika Dolları yuan əvəzləyir? Bu nə qədər realdır? 16/04/2026 Ölkə xarici Bloomberg: İran gəmiləri Hörmüz boğazında ABŞ blokadasını aşmaq üçün yeni marşrutdan istifadə edir 16/04/2026