Texasda ABŞ immiqrasiya agenti tərəfindən kürəyindən vurulan venesuellalı şəxsə hücum ittihamı irəli sürülüb. O, qaçmağa çalışarkən avtomobili ilə məmura toxunmaqda günahlandırılır. İddia olunur ki, Wilber Rafael Garces Perez in yan güzgüsü sentyabrın 20-də Austin şəhərində yol nəzarəti zamanı ABŞ İmmiqrasiya və Gömrük İdarəsi (ICE) məmuruna dəyib. 28 yaşlı şəxs federal məmura hücum etmə, müqavimət göstərmə və mane olma ittihamı ilə üzləşir. Təqsirli bilinərsə, o, federal həbsxanada 20 ilə qədər cəza ala bilər. Garces Perez çərşənbə axşamı məhkəmədə iştirak edib. Onun vəkilləri məhkəmə iclası barədə yalnız sonradan xəbər tutduqlarını bildiriblər. Ədliyyə Nazirliyi nin məlumatına görə, yol nəzarəti ICE məmuru tərəfindən, mavi Toyota sedanının Garces Perez in adına qeydiyyatda olduğunu və onun ABŞ -dan çıxarılması barədə yekun qərarın verildiyini məlumat bazası vasitəsilə təsdiqlədikdən sonra başlanılıb. Andlı ifadədə hadisə ilə bağlı ziddiyyətli məlumatlar var. Məhkəmə sənədlərinə görə, Garces Perez bildirib ki, yol nəzarəti zamanı hüquq-mühafizə orqanlarına məxsus SUV avtomobili qəfil manevr edərək onun avtomobili ilə "toqquşmaya səbəb olub". Lakin federal agentlər bildiriblər ki, onlar onu ilk dəfə saxlayarkən onların SUV avtomobilləri ilə Garces Perez in avtomobili arasında "heç bir təmas olmayıb". Məhkəmə sənədlərinə əsasən, Garces Perez həbs olunacağını bildiyini və avtomobilindən çıxmaq əmrinə tabe olmadığını etiraf edib.