Mərkəzi Bank mənzil inşaatçısı “Kristal Bakı”nı bu məsələyə görə cərimələdi Daşınmaz əmlakYerli biznes xəbərləri 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan “Kristal Bakı” ASC-də qanun pozuntusu aşkarlanıb. Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində məlum olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Belə ki, şirkət tərəfindən hesabatların qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim olunmaması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması halları müəyyən edilib. Nəticədə, 3 noyabr 2025-ci il tarixli məhkəmə qərarına əsasən, qurum İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2500 manat məbləğində cərimə olunub. 2024-cü ili 3.27 mln. manat məbləğində xalis zərər ilə başa vurub. Bu 2023-cü ildəki 15.45 mln. manatlıq zərərlə müqayisədə az olsa da, şirkətin kapitalında kəsr yaradıb. Xatırladaq ki, “Kristal Bakı” ASC 19 mart 2020-ci il tarixində qeydiyyata alınıb və yaradılıb. ASC səhmlərinin 50%-i Vəliyev Pərviz Ağalar oğluna, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, 25%-i isə Nəbiyev Araz Mahayət oğluna məxsusdur. Yekun nəzarəti Vəliyev Pərviz həyata keçirir. Son xəbərlər İnvestisiya Amerikalı investor Mark Mobius 89 yaşında vəfat edib 16/04/2026 Ölkə daxili Overçuk: Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuqda iştirakda maraqlıdır 16/04/2026 İnvestisiya S&P 500 və Nasdaq rekordları yeniləyib 16/04/2026 Digər xəbərlər Azərbaycan Mərkəzi Bankı iki BOKT-ni cərimələyib 16/04/2026 Digər xəbərlər İnvestisiya Amerikalı investor Mark Mobius 89 yaşında vəfat edib 16/04/2026 Ölkə daxili Overçuk: Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuqda iştirakda maraqlıdır 16/04/2026 İnvestisiya S&P 500 və Nasdaq rekordları yeniləyib 16/04/2026 Digər xəbərlər Azərbaycan Mərkəzi Bankı iki BOKT-ni cərimələyib 16/04/2026