Şahin Mustafayev: Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik ruhunda inkişaf edəcək Ölkə daxili 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik ruhunda inkişaf edəcək. Banker.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Biz əminik ki, münasibətlərimiz 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etimad və müttəfiqlik ruhunda bundan sonra da inkişaf edəcək”, – o qeyd edib. Mustafayev qeyd edib ki, bu baxımdan ötən ilin 9 oktyabr tarixində Düşənbə şəhərində Azərbaycan və Rusiya prezidentlərinin görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib. O, vurğulayıb ki, həmin görüş ikitərəfli əməkdaşlıqda yeni səhifə açıb və gələcək inkişaf prioritetlərini müəyyənləşdirib. Baş nazirin müavini əlavə edib ki, yüksək səviyyəli təmasların mütəmadi xarakter daşıması tərəflərin qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu aydın şəkildə göstərir. “Əminəm ki, bu gün keçirilən Hökumətlərarası Komissiyanın 24-cü iclası çərçivəsində dialoqumuzun müsbət dinamikasını qoruyacaq və əldə olunmuş razılaşmaların inkişafını davam etdirəcəyik”, – o vurğulayıb. MənbəREPORT TaglarAzərbaycanRusiyaŞahin Mustafayev Son xəbərlər İnvestisiya Amerikalı investor Mark Mobius 89 yaşında vəfat edib 16/04/2026 Daşınmaz əmlak Mərkəzi Bank mənzil inşaatçısı “Kristal Bakı”nı bu məsələyə görə cərimələdi 16/04/2026 Ölkə daxili Overçuk: Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuqda iştirakda maraqlıdır 16/04/2026 İnvestisiya S&P 500 və Nasdaq rekordları yeniləyib 16/04/2026 Digər xəbərlər İnvestisiya Amerikalı investor Mark Mobius 89 yaşında vəfat edib 16/04/2026 Daşınmaz əmlak Mərkəzi Bank mənzil inşaatçısı “Kristal Bakı”nı bu məsələyə görə cərimələdi 16/04/2026 Ölkə daxili Overçuk: Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuqda iştirakda maraqlıdır 16/04/2026 İnvestisiya S&P 500 və Nasdaq rekordları yeniləyib 16/04/2026