Bakinqemşir qraflığının Latimer kəndi yeni Harri Potter televiziya serialı ilə əlaqədar çəkilişlər üçün 1990-cı illərə aparılıb. Bu ayın əvvəlində Latimer sakinlərinə bildirilib ki, Warner Bros. Discovery -nin törəmə şirkəti olan Plum Jam Productions üç gün ərzində burada böyük bir HBO serialı çəkəcək. Yerli icazəsi olan sakinlər bazar ertəsi axşamı kənddən qısa müddətə keçə biliblər. Həmin vaxt küçələrdə dövrün avtomobilləri düzülmüşdü və kənd meydançasında yarmarka təşkil edilmişdi. Çərşənbə axşamı yalnız təcili yardım maşınlarına girişə icazə verilib, çərşənbə günü isə çəkiliş meydançasının sökülməsi planlaşdırılır. Bəzi kənd sakinləri nəqliyyatın asanlıqla tıxac yaranan dar, işıqsız kənd yolu ilə yönləndirilməsi səbəbindən “təcrid olunduqlarını” bildiriblər.