Mayın 18-də, saat 11:00-da "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 12A ünvanında olacaq. Yığıncağın gündəliyinə BOKT-un 2025-ci il üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, yeni istiqrazların buraxılması və digər məsələlər daxildir. Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur.