Rusiya Baş Prokurorluğunun cümə axşamı verdiyi məlumata görə, Rusiya nəzarətində olan Luqansk da məhkəmə Polşa vətəndaşını Ukrayna tərəfində silahlı münaqişədə iştirak etdiyi üçün 13 il müddətinə ciddi rejimli cəza koloniyasına məhkum edib. Bildirilib ki, 47 yaşlı polyak, Krzysztof Flaczek , 2024-cü ilin sentyabrında Ukrayna ya gəlib və təlim keçdikdən sonra döyüş əməliyyatlarında iştirak etməyə başlayıb. Rusiya onun Ukrayna uğrunda döyüşdüyü üçün maliyyə kompensasiyası aldığını bildirib. O, 2024-cü ilin noyabrında ruslar tərəfindən saxlanılıb. Prokurorlar bildiriblər ki, “dövlət prokurorunun mövqeyini nəzərə alaraq, məhkəmə yaraqlını 13 il müddətinə ciddi rejimli cəza koloniyasında çəkməklə azadlıqdan məhrum edib”. Flaczek Rusiya nəzarətində olan Luqansk da, Moskva nın 2022-ci ildə öz ərazisi elan etdiyi dörd Ukrayna regionundan birində məhkəmə tərəfindən mühakimə olunub. Kiyev və Qərb bu addımı qanunsuz torpaq zəbti kimi rədd edib. Rusiya məhkəmələri Ukrayna uğrunda döyüşən bir neçə qərbi avropalını, o cümlədən iki Britaniya vətəndaşını məhkum edib.