Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? Avto xəbərlər 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur. Bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 min 359 ədədə enib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ekspertlər hesab edirlər ki, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır. Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir. Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil. Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb. Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir. Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək- 20 min 946 ədəd təşkil edirdi. MənbəXezerxeber.az Taglaravtomobil idxalıAzərbaycan Avtomobil Dilerləri AssosiasiyasıEyyub Əliyev Son xəbərlər Ümumi iqtisadi xəbərlər ADY-nin sədri: “Astara” terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir” 16/04/2026 Ölkə daxili Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edib 16/04/2026 Ölkə daxili Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb 16/04/2026 Ölkə xarici Makron Ermənistana səfər edəcək 16/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər ADY-nin sədri: “Astara” terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir” 16/04/2026 Ölkə daxili Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edib 16/04/2026 Ölkə daxili Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb 16/04/2026 Ölkə xarici Makron Ermənistana səfər edəcək 16/04/2026