Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edib Ölkə daxili 16/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Rusiya iş dünyası Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq və inkişaf layihələrinə ciddi maraq göstərir. Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Biz Rusiya biznesini burada həyata keçirilən yaradıcı layihələrdə daha fəal iştiraka yönləndiririk. Mövcud əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar yaradır. Rusiya biznesinin və regionlarının azad edilmiş ərazilərdə fəaliyyəti üzrə uğurlu nümunələri mövcuddur. Bu çərçivədə Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin maliyyə dəstəyi ilə Zəngilan rayonunun kəndlərində uşaq bağçalarının tikintisi həyata keçirilir. Bu layihələr iki ölkə arasında humanitar və regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Humanitar və mədəni əlaqələr də inkişaf edir. 27 martda Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının yenidən açılışı olub”, – deyə Aleksey Overçuk vurğulayıb. Təhsil sahəsində də əməkdaşlığın genişləndiyini deyən Overçuk Azərbaycanda rus dilindən geniş istifadə olunduğunu sözlərinə əlavə edib: “Tərəflər bu istiqamətdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər. Rusiya, həmçinin Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edir. Bundan əlavə, birgə universitet layihələrinin həyata keçirilməsi, məktəblərin qurulması və “xaricdə rus müəllimi” proqramının genişləndirilməsi təklif olunur”, – deyə Rusiya Baş nazirinin müavini əlavə edib. MənbəAZƏRTAC TaglarAleksey OverçukAzərbaycan-Rusiyarus dili Son xəbərlər Ümumi iqtisadi xəbərlər ADY-nin sədri: “Astara” terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir” 16/04/2026 Avto xəbərlər Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 16/04/2026 Ölkə daxili Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb 16/04/2026 Ölkə xarici Makron Ermənistana səfər edəcək 16/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər ADY-nin sədri: “Astara” terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir” 16/04/2026 Avto xəbərlər Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 16/04/2026 Ölkə daxili Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb 16/04/2026 Ölkə xarici Makron Ermənistana səfər edəcək 16/04/2026