Şahin Mustafayev: Ağbənd körpüsü yaxın vaxtlarda istifadəyə veriləcək Ümumi iqtisadi xəbərlər 16/04/2026 Şahin Mustafayev Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd avtomobil və dəmir yolunda aparılan tikinti işləri ilə tanış olublar. Qonaqlar Ağbənd qəsəbəsində Araz çayı üzərində tikilmiş avtomobil körpüsünə baş çəkiblər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd olunub ki, Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir. Ümumi uzunluğu 126,3 kilometr olan magistralın 78,5 kilometrlik hissəsi altı hərəkət zolağından, 45 kilometrlik hissəsi isə dörd zolaqdan ibarətdir. Qonaqlara məlumat verilib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin isə tikintisinə 2021-ci ildə başlanılıb və hazırda işlərin 75%-i başa çatıb. Bildirilib ki, layihənin ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Baş nazirin müavini Şahin Mustafayev Ağbənd qəsəbəsindəki körpünün hazır olduğunu və yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib: “Hazırda hər iki tərəfdə sərhəd-keçid məntəqəsinin tikintisi aparılır və yaxın vaxtlarda istifadəyə veriləcək”. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, yeni inşa olunan körpü həm Şimal–Cənub, həm də Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsidir: “Rusiya Federasiyası bu infrastrukturun mümkün qədər tez işə düşməsində çox maraqlıdır”. O əlavə edib ki, bu marşrut Rusiyadan İrana, Naxçıvana və Türkiyəyə yük daşımaları üçün əlverişli olacaq və bütün ölkələrə birgə istifadə nəticəsində fayda gətirəcək. MənbəAPA TaglarAğbənd körpüsüŞahin Mustafayev Son xəbərlər Ümumi iqtisadi xəbərlər ADY-nin sədri: “Astara” terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir” 16/04/2026 Avto xəbərlər Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 16/04/2026 Ölkə daxili Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edib 16/04/2026 Ölkə daxili Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb 16/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər ADY-nin sədri: “Astara” terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir” 16/04/2026 Avto xəbərlər Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 16/04/2026 Ölkə daxili Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edib 16/04/2026 Ölkə daxili Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb 16/04/2026