Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasına qatılan müxtəlif ölkələrin qanunverici orqanlarının sədrlərini qəbul edərkən deyib. "Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil", - o bildirib və əlavə edib ki, Türkiyə bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. #CANLIYAYIN Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Parlamento ve Asamble Başkanları kabulünde konuşuyor #IPU152 https://t.co/XEY9Cgax8G