Netflix -in həmtəsisçisi və sədri Rid Hestinqs bu yay səlahiyyət müddəti bitdikdə şirkətin idarə heyətindən ayrılır. Hestinqs şirkətin səhmdarlarına ünvanladığı məktubda “xeyriyyəçilik və digər fəaliyyətlərə” fokuslanmaq üçün vəzifəsindən getdiyini bildirib. Bu ayrılıq şirkətin cümə axşamı dərc olunan birinci rüb üzrə gəlir hesabatında açıqlanıb. Sənədə əsasən, Hestinqs iyun ayında səlahiyyət müddəti bitdikdə idarə heyətindən rəsmi olaraq ayrılacaq.