FBI -a cəsarətli müdaxiləsi ilə büronu sarsıdan ShinyHunters haker qrupunun əsas üzvü bu həftənin əvvəlində İordaniya da nəzarətə götürülüb. Bu barədə məsələ ilə tanış olan üç nəfər Reuters -ə bildirib. Mənbələrdən ikisi onun digər hakerləri müəyyən etmək üçün FBI ilə əməkdaşlıq etdiyini deyib. FBI hər hansı konkret həbs və ya xaricdəki fəaliyyət barədə şərh verməkdən imtina edib, lakin bildirib ki, büro “ ShinyHunters -ın iddia edilən son kiber insidentini aqressiv şəkildə araşdırmağa davam edir, artıq tərəfdaşlarla birlikdə bir neçə şəxsi həbs etmək üçün çalışıb və məsuliyyət daşıyan hər bir şəxsi ədalətə təslim etmək üçün heç bir resursdan əsirgəməyəcək”.