ADSEA: Kür çayının mənsəb hissəsində su sərfi 2 dəfəyə qədər artacaq Ölkə daxili 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Son günlər intensiv yağıntılarla əlaqədar olaraq transsərhəd çay olan Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. Bu barədə Banker.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə olunur. Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Belə ki, Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir. Cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir su anbarına saniyədə 858 kubmetr su daxil olur. Su anbarından Kür çayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir. Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay, Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kür çayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkil edir. Son günlərdə Kür çayının Saatlı, Sabirabad, Şirvan, Salyan rayonları ərazisindən keçən hissəsində səviyyə artımının müşahidə olunması da məhz gursululuq dövrü ilə əlaqədardır. Səviyyənin artmasına baxmayaraq hazırda vəziyyət stabildir. Mingəçevir su anbarından Kür çayına suyun buraxılması Agentliyin aidiyyəti tabeli təşkilatları tərəfindən tənzimləndiyindən, növbəti günlərdə hər hansı təhlükənin olacağı gözlənilmir. Eyni zamanda, Dövlət Xidməti respublikanın mövcud digər çayları ilə yanaşı Kür çayında da yeni quraşdırılmış elektron səviyyə ölçən cihazlar vasitəsilə onlayn qaydada suyun səviyyəsi və su sərfini gündəlik olaraq nəzarətdə saxlayır, Xidmətin yerli bölmələrinin əməkdaşları riskli ərazilərdə vizual müşahidələr aparır, real vəziyyəti əks etdirən video görüntülər və digər məlumatları operativ olaraq Xidmətin aparatına və aidiyyəti qurumlara təqdim edir. Gündəlik olaraq ölçmələr və monitorinq məlumatlarının təhlili Kür çayında baş verə biləcək daşqın hadisələrinin vaxtından əvvəl proqnozlaşdırılmasına, risklərin düzgün qiymətləndirilməsinə və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edir. TaglarADSEA Son xəbərlər Nəqliyyat Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi açılacaq 17/04/2026 Marketinq Azərbaycanda 13 yaşlı BOKT rebrendinqə gedir – Bazarda yeni adla çıxış edəcək 17/04/2026 Nəqliyyat ADY Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb 17/04/2026 Nəqliyyat ADY: Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək 17/04/2026 Digər xəbərlər Nəqliyyat Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi açılacaq 17/04/2026 Marketinq Azərbaycanda 13 yaşlı BOKT rebrendinqə gedir – Bazarda yeni adla çıxış edəcək 17/04/2026 Nəqliyyat ADY Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb 17/04/2026 Nəqliyyat ADY: Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək 17/04/2026