[P1]Xam neft və emal olunmuş yanacaq təchizatında yaranan sıxıntı daha da pisləşəcək və fövqəladə tədbir kimi istifadə olunan qlobal ehtiyatların doldurulması iki il çəkə bilər. Bu barədə Səudiyyə Ərəbistanının Aramco şirkətinin baş direktoru Amin Nasser bazar ertəsi Londonda keçirilən Energy Intelligence konfransında bildirib.