Böyük Britaniya polisi cümə günü bildirib ki, bu həftənin əvvəlində Şimal-Qərbi London da farsdilli media təşkilatının ofislərinə qarşı törədilmiş yandırma cəhdi ilə əlaqədar üç nəfərə qarşı ittiham irəli sürülüb. Polisin verdiyi məlumata görə, 21 yaşlı Oisin McGuinness , 19 yaşlı Nathan Dunn və 16 yaşlı bir oğlan həyatı təhlükəyə atmaq niyyəti ilə yandırma ittihamı ilə həbs ediliblər. Hər üçü Böyük Britaniya vətəndaşıdır.