[P1] ABŞ -ın İPO (ilkin kütləvi təklif) bazarı sentyabr ayında sövdələşmələrin sayında cüzi azalma, lakin cəlb edilmiş vəsaitlərdə kiçik artım yaşayıb. Belə ki, altı təklif vasitəsilə ümumilikdə 1,9 milyard dollar vəsait cəlb edilib. Müqayisə üçün, avqust ayında yeddi sövdələşmə ilə 1,8 milyard dollar vəsait toplanmışdı. Qiymət performansına nəzər saldıqda, ən güclü ilk gün gəliri Adarx Pharmaceuticals -dan gəlib. Şirkət səhmlərinin hər birini 17,00 dollar qiymətə təklif etdikdən sonra 13,8% artım göstərib. Altı aylıq İPO yığımına baxsaq, sentyabr ayında beş yeni emitent müraciət edib ki, bu da ümumi boru kəmərindəki şirkətlərin sayını 71 -ə çatdırır. Bu şirkətlər ümumilikdə təxminən 2,2 milyard dollar vəsait cəlb etməyi hədəfləyir.