Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib Menecement (təyinatlar) 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının 24 saylı iclasında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Banker.az xəbər verir ki, Heybət Qədirov Müşahidə Şurasının yeni üzvü və eyni zamanda Müşahidə Şurasının Sədri təyin edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Heybət Qədirov hazırda “Unibank KB” ASC-nin İdarə Heyətinin Sədri v.m.i.e. vəzifəsində çalışır. O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır. Hal-hazırda AKB-nin Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının Sədri Heybət Qədirov (“Unibank KB” ASC), digər üzvləri isə Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Röyam Hüseynzadə (ASC “Xalq” Bankı), Elnur Həsənov (“BankRespublika” ASC), Cavid Mirzəyev (“KapitalBank” ASC), Aydın Hüseynov (“Rabitəbank” ASC) və Seymur Əliyevdir (“ZiraatBank Azərbaycan” ASC). TaglarAzərbaycan Kredit Bürosumüşahidə şurasısədr Son xəbərlər Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026 Ölkə xarici “Reuters”: İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər 17/04/2026 Digər xəbərlər Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026 Ölkə xarici “Reuters”: İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər 17/04/2026