Avqustun 19-da ABŞ Xəzinədarlığı nın uzunmüddətli istiqrazlarda minimum geri alım səviyyəsini iki dəfə artırması Bitcoin -də kəskin yüksəliş dövrünə səbəb olmuşdu. Yüksəliş bu günlərə qədər davam edərkən, dünyanın ən böyük birjası hesab edilən Binance -dəki çıxışlar da artıb. Zəncirüstü analiz və izləmə platforması CryptoQuant -ın məlumatlarına görə, Binance -dən 20-27 sentyabr həftəsində xalis 23 137 ədəd BTC çıxıb. Bu rəqəm, 2023-cü ilin iyun ayından bəri Binance -də müşahidə olunan ən böyük həftəlik xalis BTC çıxışı olub. Məlum olduğu kimi, birjalardan kriptovalyuta çıxışı adətən müsbət bir hərəkət kimi qəbul edilir və investorun ən azından qısa müddətdə satış etmək istəmədiyinin bir işarəsi kimi şərh olunur. CryptoQuant -a görə, bu çıxış hərəkəti yalnız bir həftədən ibarət deyil. Sentyabrın 20-dən bəri çıxan BTC -lərin ümumi sayı 40 000-i də keçib. 2023-cü ilin iyun ayındakı böyük çıxışda isə həftədə 44 000-dən çox BTC çıxışı müşahidə edilmişdi. O dövrdə BlackRock bütün maliyyə bazarlarını təəccübləndirərək SEC -ə Bitcoin spot ETF müraciəti etmişdi. CryptoQuant əlavə olaraq vacib bir məlumat daha verdi və bildirdi ki, avqustun 15-dən sentyabrın sonuna qədər böyük investorların 30 günlük sabit koin girişləri 21,7 milyard dollardan 30,5 milyard dollara yüksəlib. Yəni, Binance -ə sabit koin girişində təxminən 1,5 ayda 40%-lik bir artım olub. Sabit koin girişləri də, investorların sürətli alış etmək məqsədilə, birjada likvid aktiv saxlaması kimi şərh olunur. CryptoQuant mövzu ilə bağlı analizində isə bu hərəkətlərin sürətli yüksəlişi tətikləyə biləcəyini qeyd etdi: “Azalan satıcılarla birlikdə, bu çıxışlar Bitcoin -i, hazırda içində olduğu 82 500-87 400 dollar arasındakı üfüqi gedişatdan sürətli şəkildə çıxara bilər” CryptoQuant qrafikində sağ tərəfdəki yaşıl çubuq, Binance -dəki çıxışların son dövrdə nə qədər intensivləşdiyini göstərir.