Azərbaycan ərazisi ilə Ermənistanın tranzit və yanacaq idxalı açıqlanıb Ümumi iqtisadi xəbərlər 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Ermənistan Dövlət Gəlirlər Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı il aprelin 15-dək Azərbaycan ərazisi ilə və birbaşa Azərbaycandan idxal olunan mallarla bağlı məlumatları açıqlayıb. “Armenpress”in məlumatına görə, bu dövrdə Azərbaycan ərazisi ilə Rusiyadan və Qazaxıstandan Ermənistana ümumilikdə 26 295 ton mal daşınıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Azərbaycan ərazisi ilə Ermənistana Rusiya Federasiyası və Qazaxıstandan 26 295 ton mal, həmçinin Azərbaycandan 9 337 ton yanacaq idxal olunub”, – məlumatda qeyd olunub. Açıqlamada vurğulanıb ki, “regional əməkdaşlıq və sülhün nəticələri artıq hiss olunur və iqtisadi inkişaf üçün yeni imkanlar formalaşdırır”. Gömrük xidmətinin məlumatına görə, Azərbaycan ərazisi ilə dəmir yolu ilə ilk tranzit yük daşınması 6 noyabr 2025-ci ildə həyata keçirilib. Rusiyadan və Qazaxıstandan 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib. Bundan əlavə, 2025-ci ilin dekabrından 2026-cı il aprelin 15-dək Gürcüstan ərazisi ilə Azərbaycandan Ermənistana 9 337 ton yanacaq idxal olunub. Bunun 5 398 tonunu dizel yanacağı (4,3 milyon ABŞ dolları), 3 939 tonunu isə benzin (2,9 milyon ABŞ dolları) təşkil edib. MənbəREPORT Son xəbərlər Ölkə daxili Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026 Digər xəbərlər Ölkə daxili Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026