BEA: Hörmüz boğazının blokadası enerji qiymətlərini artıracaq Energetika 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol hesab edir ki, yaxın vaxtlarda Hörmüz boğazından gəmilərin sərbəst hərəkəti bərpa olunmasa, enerji daşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə arta bilər. Onun fikrincə, bazar bu dəniz dəhlizinin uzunmüddətli blokadasının əhəmiyyətini yetərincə qiymətləndirmir. “Əgər Hörmüz boğazı yenidən açılmasa, enerji qiymətlərinin ciddi artımına hazırlaşmalı olacağıq”, — deyə o, İsveçrənin “Die Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Birol izah edib ki, indiyədək boğazın bağlanmasının təsiri onunla yumşaldılırdı ki, “müharibə başlamazdan əvvəl bir sıra neft və qaz tankerləri artıq təyinat məntəqələrinə doğru yolda idi”. Onun sözlərinə görə, həmin yüklər artıq çatdırılıb, lakin “mart ayında yeni tankerlər yüklənməyib”. Neft, qaz və yanacağın Asiya bazarlarına yeni tədarüklərində yaranan çatışmazlıq “indi özünü göstərir”, — deyə BEA rəhbəri qeyd edib. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bildirib. ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də zərbələrə məruz qalıb. İran hakimiyyəti ABŞ, İsrail və İslam Respublikasına qarşı əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı da qəbul edib. Münaqişə zamanı bir sıra tankerlər Tehranın icazəsi olmadan boğazdan keçdiyinə görə hücuma məruz qalıb. Martın 25-də İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran Rusiyanın, Hindistanın, İraqın, Çinin və Pakistanın da daxil olduğu dost ölkələr üçün Hörmüz boğazından keçidə icazə verib. Son xəbərlər Ölkə daxili Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026 Digər xəbərlər Ölkə daxili Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026