PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası Bank xəbərləri 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“PAŞA Bank” sahibkarlar üçün yaz mövsümünə özəl yeni kredit kampaniyasına start verib. 17 aprel tarixindən etibarən 1 ay müddətində onlayn biznes kreditləri üzrə 2% faiz endirimi tətbiq olunur. Kampaniya çərçivəsində sahibkarlar 250,000 AZN-dək girovsuz biznes kreditlərini əvvəlki 13% əvəzinə 11%-dən başlayan faizlə tam onlayn şəkildə əldə edə bilərlər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu təklif sahibkarlara maliyyə imkanlarını genişləndirmək, xərclərini optimallaşdırmaq və bizneslərini daha çevik idarə etmək imkanı yaradır. Kampaniya 15 may tarixinədək qüvvədədir və mikro, kiçik və orta bizneslər, eləcə də fərdi sahibkarlar üçün nəzərdə tutulub. Kredit məhsulu “PAŞA Bank Biznes platforması” və mobil tətbiq vasitəsilə tam rəqəmsal, sürətli və əlavə maliyyə təhlili olmadan təqdim olunur. Ətraflı məlumat üçün təqdim olunan linkə keçid edə bilərsiniz. “PAŞA Bank” beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub. TaglarPAŞA Banksahibkarlar Son xəbərlər Ölkə daxili Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026 Digər xəbərlər Ölkə daxili Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026