Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir Ölkə daxili 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir. Nazirliyin yerli icra və probasiya qurumlarında mövcud vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 17-dən may ayının 18-i saat 23:59-dək aparılacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Namizədlər müsabiqədə iştirak etmək üçün linkə keçid etməklə və müvafiq şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək. Qeyd edək ki, müsabiqə test imtahanı və söhbət mərhələlərindən ibarətdir. Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir. İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək. Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və söhbətdə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri Nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər. Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaş kitabçası”nı, eləcə də dövlət icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək “Dövlət icra məmurları” bölməsindən əldə etmək mümkündür. Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10409, 10416, 10705, 10713) nömrəli telefonla əlaqə saxlamaq olar. TaglarDövlət icra məmuruƏdliyyə Nazirliyi Son xəbərlər Bank xəbərləri ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”! 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026 Digər xəbərlər Bank xəbərləri ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”! 17/04/2026 Nəqliyyat Azərbaycana iki ayda 47 milyon dollarlıq avtobus gətirilib 17/04/2026 Təhsil Azərbaycanda bakalavriat səviyyəsi üzrə yeni ixtisas yaradıldı 17/04/2026 Bank xəbərləri “Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb 17/04/2026