Avropa İttifaqı (Aİ) davam edən mina təhlükəsi fonunda Azərbaycanda humanitar minatəmizləməyə dəstəyin genişləndirilməsini nəzərdən keçirməyə hazırdır. Bu barədə "Report"un Avropa bürosuna Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibi Anita Hipper bildirib.