Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatının açılış mərasimi baş tutub. "Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir qısa bədii proqramla, o cümlədən gürcü milli rəqsləri ilə başlayıb. Mərasimdə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Gürcüstan Cüdo Federasiyasının prezidenti Levan Nozadze çıxış ediblər. Aprelin 16-da start götürən Avropa çempionatında 46 ölkədən 400 idmançı mübarizə aparır. Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb. Bu gün mübarizəyə qoşulan olimpiya çempionu Hidayət Heydərov (73 kq) finala yüksəlib. Turnir aprelin 19-da başa çatacaq.